Sualınızı soruşun

29 March 2024 Saat 13:21

Salamun aleykum: Lütfən cümə günü qüslünün nə zaman edilməsini bəyan edərdiz, təşəkkür edirəm.

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Cümə qüslü müstəhəbdir, onun edilməsi vaxtı sübh azanından zöhrə vaxtına qədərdir. Zöhr vaxtına yaxın zamanda edilməsi daha yaxşıdır. Əgər zöhrə qədər yerinə yetirə bilməsə, əda və qəza niyyəti olmadan cümə gününün əsr vaxtına qədər yerinə yetirməsi yaxşıdır. Həmçinin, əgər cümə günü bu qüslü edə bilməzsə, onun qəzasını şənbə günü sübhdən günəşin qürub etməsi vaxtına qədər yerinə yetirməsi müstəhəbdir.

Müvəffəq olasınız.

 

کلمات کلیدی :


۲,۸۶۱