Sualınızı soruşun

19 April 2024 Saat 23:15

1.Şəhərin tabeliyində çoxlu kəndlər olur və həmin şəhərin bir kəndindən o biri kəndinə 8 fərsəxdən çox yol qət edən adam müsafir sayılırmı? 2.Bir şəhər ilə digər şəhər arasındakı məsafə 8 fərsəxdən çox, o şəhərlərin kəndləri arasındakı məsafə isə 8 fərsəxdən azdır. Bir nəfər öz şəhərinin mərkəzindən qonşu şəhərin yaxın kəndinə getsə müsafir sayılırmı? 3.Əgər şəhərlərin çoxlu kəndləri varsa tərəxxüs həddi şəhərlərin divarları arasından götürülər, yoxsa kəndlərin? Məsələn, Lənkəranın Parakənd kəndi ilə Astaranın Pənsər kəndi bir-birinə çox yaxındır. Lənkəran şəhərindən Pensər kəndinə qədər 21 km-dir, Parakənddən Pənsərə qədər 3 km-dir. Lənkəran şəhərindən Pənsərə gedən adam namazını necə qılmalıdır?

پاسخ :

Əgər bir nəfərin əvvəldən məqsədi 8 fərsəx ya ondan artıq yol getməkdirsə, yəni məsələn gedib qayıdacağı iki kəndin yaxud şəhərin yolu 8 fərsəx olursa və əvvəldəndə bura getmək qəsdi varsa belə bir insan müsafir sayılır və namazıda qəsr qılmalıdır.
 

Əgər iki şəhərin arasi 8 fərsəxdən artıq olsa  və bir şəxs səfər
etmək qəsdi ilə ayri şəhərə gedərsə namazi qəsir hökmündədir. Amma məqsədi
bir kəndə getməkdir ki, o kəndə gedib və öz yaşadığı şəhərinə qayıtması 8
fərsəxdən az olarsa bu şəxs müsafir hökmündə deyil və buna görə namazı qəsr
yox tamam qilmalıdır.

Kəndlə şəhərin arası 4 fərsəx yəni 22 km yarımdan artıq olsa və o kəndə
gedib qayıtmaq məqsədi varsa namzı qəsir hökmündədir. Amma kəndlə şəhərin
arası 4 fərsəx yəni 22 km yarımdan az olsa namazı tamam qılmalıdır.

Səfərin əvvəli kəndlərdən deyil, əksinə səfər etdiyi şəhərin axırıncı və
kənar evlərindən hesab olunur. Əgər həmin şəhərin kəndin fasiləsi şəhərin
özü ilə 22 km yarım ya artıq olarsa o kəndə səfər edəndə namaz qəsr
qılınacaq.

Buna görə Lənkəran şəhərinin fasiləsi Pənsər kəndi ilə 22 km yarim və yaxid
artıqdırsa və gedib gəlmək qəsdi olsa namaz qəsr hökmündədir və əgər bu
dediyimizdən az olarsa namaz tamamdir.

کلمات کلیدی :


۲,۷۱۸