Vilayət və imamət ulduzu Həzrət İmam Əli ibn Muhəmməd əl-Hadi (əleyhissalam)

29 March 2024

19:22

۹۵۰

Xəbərin xülasəsi :
Bu il novruz bayramı 10-cu vilayət və imamət ulduzu Həzrət İmam Əli ibn Muhəmməd Nəqi əl-Hadinin (əleyhissalam) ürək dağlayan şəhadəti ilə bir vaxta düşmüşdür. Həzrətin (əleyhissalam) şəhadətini başsağlığı verərək ümid edirik ki, novruz bayramında o Həzrətin (əleyhissalam) şəhadətini qəm və hüznlə xatırlamaqla Əhli-beytin (əleyhimussəlam) zümrəsində olaq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Vilayət və imamət ulduzu Həzrət İmam Əli ibn Muhəmməd Nəqi əl-Hadinin (əleyhissalam) ürək dağlayan şəhadəti

Həzrət İmam Sadiq (əleyhissəlam) buyurub:

“Bizim şiələrimiz şad günlərimizdə şadlanır, qəmli günlərimizdə qəmlənirlər”.

 “Biharul-ənvar", c. 44, səh. 278.

Əziz mömin qardaş və bacılar diqqət etsinlər ki, bu il novruz bayramı 10-cu vilayət və imamət ulduzu Həzrət İmam Əli ibn Muhəmməd Nəqi əl-Hadinin (əleyhissalam) ürək dağlayan şəhadəti ilə bir vaxta düşmüşdür. Həzrətin (əleyhissalam) şəhadətini başsağlığı verərək ümid edirik ki, novruz bayramında o Həzrətin (əleyhissalam) şəhadətini qəm və hüznlə xatırlamaqla Əhli-beytin (əleyhimussəlam) zümrəsində olmağımız, onlara bağlılıq və məhəbbətimizi bildirməklə onların bizə diqqətinin cəlb edilməsi ilə bahar fəslinin gəlişi hamımıza xeyir və bərəkətli olsun.

Yaxşı olar ki, bu gündə möminlər bir-birinə başsağlığı verib bayram təbriki və get-gəlini şəhadətdən sonra yerinə yetirsinlər. Məbada novruz bayramı bəhanəsi ilə əza sahibi olan İmam Zaman ağanın (əleyhissəlam) qəlbini narahat edək!

İnşaallah Novruzumuz İmam Əliyyən-Nəqi Hadiyə (əleyhissəlam) layiq olub vilayət nuru ilə zinətlənərək nurlu və mübarək olması ümidi ilə!

İltimas dua!

 

Etiketlər :

Vilayət və imamət ulduzu Həzrət İmam Əli ibn Muhəmməd Nəqi əl-Hadinin (əleyhissalam)