Həzrət imam Həsən əleyhissəlamın şəhadəti
26 April 2024
09:57
۸۷۶
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Həzrət imam Həsən əleyhissəlamın şəhadəti
Bir rəvayətə görə hicri qəməri səfər ayının 7-si həzrət imam Həsən əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibətilə ilk növbədə zamanın imamı həzrət Sahib əz-zaman əleyhissəlamın hüzuruna təsliyət ərz edir və eləcə də bütün dünya müsəlmanlarına, xüsusən mömin Azəri xalqına başsağlığı deyirik. Allah-taala bütün möminlərdən Əhli-beyt əleyhimussəlıam yolunda çəkdikləri zəhmətləri onlar üçün savab və əcr qərar versin, inşa Allah!
Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.