Həzrət imam Həsən Əskərinin viladəti

26 April 2024

13:36

۸۳۹

Xəbərin xülasəsi :
Hizcri-qəməri 1440-cı il rəbius-sani ayının 8-i, miladi 2018-ci il dekabrın 16-sı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəh) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əskərinin viladəti

Hizcri-qəməri 1440-cı il rəbius-sani ayının 8-i, miladi 2018-ci il dekabrın 16-sı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəh) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın mövlud günüdür. Əhli-beyt əleyhimussəlamın sevinc və fərəhli günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün müsəlmanları əmin-amanlıqda və səadətli günlərdə qərar versin. Amin ya Rəbbil-aləmin!

Burada Həzrətİmam Həsən Əsgəri əleyhissəlamdan bir hədisi möminlərə təqdim edirik:

روى الشّيخ في التّهذيب والمصباح عن الامام الحسن العسكري (عليه السلام) قال: علامات المؤمن خمس: صلاة احدى وخمسين أي الفرائض اليوميّة وهي سبع عشرة ركعة والنّوافل اليوميّة وهي أربع وثلاثون ركعة، وزيارة الاربعين، والتختّم باليمين وتعفير الجبين بالسّجود، والجهر بِبِسْمِ اللهِ الرَّحْمنِ الرَّحيمِ.

Şeyx "Təhzib" və "Misbah" kitablarında həzrət imam Həsən Əskəridən (əleyhissəlam) belə nəql etmişdir ki, buyurur: “Möminin beş əlaməti vardır:

1-Bir gecə-gündüz ərzində əlli bir rükət (vacib və müstəhəb) namazı qılmaq;

2-”Ərbəin” günündə İmam Hüseyni (əleyhissəlam) ziyarət etmək;

3-Sağ ələ üzük taxmaq;

4-Səcdədə alını torpağa qoymaq;

5-“Bisillahir-Rəhmanir-Rəhim”i ucadan demək.

 İltimas dua

Mənbə: Məfatihul cinan

 

Etiketlər :

Həzrət imam Həsən Əskərinin viladəti