Həzrət Həmzənin və Əbdul-əzim Həsəninin (əleyhimussəlam) vəfatı

16 April 2024

15:47

۱,۶۴۷

Xəbərin xülasəsi :
Hicri qəməri 3-cü il şəvval ayının 15-i, miladi 2019-cu il iyunun 19-u həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) möhtərəm əmisi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Həmçinin, hicri-qəməri 252-ci il şəvval ayının 15-də hazırda Rey şəhərində Şah Əbdul-Əzim ziyarətgahı kimi tanınan həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Həmzənin və Əbdul-əzim Həsəninin (əleyhimussəlam) vəfatı

Hicri qəməri 3-cü il şəvval ayının 15-i, miladi 2019-cu il iyunun 19-u həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) möhtərəm əmisi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Həzrət Həmzə (əleyhissəlam) İslam dini ilk elan olunan illərdən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müdafeəçisi olmuş və sonralar da islam ordusunun sərkərdəsi və ordunun möhkəmlənməsində və müsəlmanların mühüm döyüşlərdə qələbə qazanmasında olduqca böyük rolu olmuşdur. Həzrət Həmzənin (əleyhissəlam) şəhadətindən çox təsirlənən Peyğəmbərimiz (sallallahu əleyhi və alih), eləcə də həzrət Əli (əleyhissəlam) həmişə onu yad emiş və xatirəsini əzizləmişlər.

Həmçinin, hicri-qəməri 252-ci il şəvval ayının 15-də hazırda Rey şəhərində Şah Əbdul-Əzim ziyarətgahı kimi tanınan həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfat günüdür. Həzrət Əbdul-Əzim Həsəni (əleyhissəlam) üç Məsum İmamın (əleyhimussəlam) dövründə yaşamış və dövrünün zalım xəlifələrinin təqibindən uzaq qalmaq üçün hazırkı Rey şəhərinə hicrət etmiş və nəhayət 252-ci qəməri ilində həzrət İmam Hadinin (əleyhissəlam) həyatı dövründə Reydə vəfat etmişdir.

Bütün müsəlmanlara bu günün müsibətli münasibətləri ilə başsağlığı deyir və qəm-qüssəmizi Əhli-Beytin (əleyhimussəlam) qəminə şərik edirik.

İltimas dua!

Etiketlər :

Həzrət Həmzənin və Əbdul-əzim Həsəninin (əleyhimussəlam) vəfatı