Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından

29 March 2024

19:54

۷۵۱

Xəbərin xülasəsi :
Həzrət İmam Rza əleyhissəlam buyurur:
Yeddi şey olmasa, yeddi şeyi etmək özünüistehza və rişxənd deməkdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından

قَالَ الرِّضَا عليه السلام: "سَبْعَةُ أَشْيَاءَ بِغَيْرِ سَبْعَةِ أَشْيَاءَ مِنَ الِاسْتِهْزَاءِ- مَنِ اسْتَغْفَرَ بِلِسَانِهِ وَ لَمْ يَنْدَمْ بِقَلْبِهِ فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِهِ- وَ مَنْ سَأَلَ اللَّهَ التَّوْفِيقَ وَ لَمْ يَجْتَهِدْ فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِهِ- وَ مَنِ اسْتَحْزَمَ وَ لَمْ يَحْذَرْ فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِهِ- وَ مَنْ سَأَلَ اللَّهَ الْجَنَّةَ وَ لَمْ يَصْبِرْ عَلَى الشَّدَائِدِ- فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِهِ وَ مَنْ تَعَوَّذَ بِاللَّهِ مِنَ النَّارِ- وَ لَمْ يَتْرُكْ شَهَوَاتِ الدُّنْيَا فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِهِ- وَ مَنْ ذَكَرَ اللَّهَ وَ لَمْ يَسْتَبِقْ إِلَى لِقَائِهِ فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِهِ وَ مَنْ ذَكَرَ الْمَوْتَ وَ لَمْ يَسْتَعِدَّ لَهُ فَقَدِ اسْتَهَزَأَ بِنَفْسِه‏"

Həzrət İmam Rza əleyhissəlam buyurur:

Yeddi şey olmasa, yeddi şeyi etmək özünüistehza və rişxənd deməkdir;

1-Hər kəs dildə bağışlanmaq (istiğfar) istəsə və ürəkdən peşman olmasa, özünü istehza etmişdir;

2-Hər kəs Allahdan tövfiq (müvəffəqiyyət) diləsə və çalışıb səy etməsə, özünü istehza edibdir;

3-Hər kəs işlərində ehtiyatlı olmaq istəsə və günahlardan çəkinməzsə, özünü istehza etmişdir;

4-Hər kəs Allahdan Behişt arzulasa və çətinliklərdə səbirli olmasa, özünü istehza edibdir;

5-Hər kəs cəhənnəmin odundan Allah-taalaya pənah aparsa və həyatda şəhvəti və nəfsi çəkən işləri tərk etməzsə, özünü istehza etmişdir;

6-Hər kəs Allahın zikrini etsə və Onunla görüşə tələsməzsə, özünü istehza edibdir;

7-Hər kəs ölümü yada salsa və özünü ölümə hazırlamasa, özünü istehza edibdir.[1]



[1] Biharul-Ənvar, mərhum Əllamə Məclisi, cild-11, səh. 356


Etiketlər :

Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından