Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları

24 April 2024

08:02

۱,۶۷۴

Xəbərin xülasəsi :
İmamiyyənin etiqadı budur ki, dinin tamamlanıb kamil olması bəyan və təbliğ mərhələsində Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) müqəddəs besəti və risaləti ilə yerinə yetdi və həzrət Hüccətin (Allah onun gəlişində təcil etsin) müqəddəs zühuru ilə dinin kamil icra mərhələsi həyata keçəcəkdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Dördüncü mətləb: Dinin kamil icra mərhələsi, ancaq zühur zamanıdır;

Qeyd edəcəyimiz dördüncü müqəddimə budur ki, dinin iki əsas mərhələsi vardır, onlar ibarətdir:

Birinci: “Bəyan və təbliğ mərhələsi” və ikinci: “İcra və həyata keçirmək mərhələsi”.

Bu təhlilə görə, İmamiyyənin etiqadı budur ki, dinin tamamlanıb kamil olması bəyan və təbliğ mərhələsində Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) müqəddəs besəti və risaləti ilə yerinə yetdi və həzrət Hüccətin (Allah onun gəlişində təcil etsin) müqəddəs zühuru ilə dinin kamil icra mərhələsi həyata keçəcəkdir.

Basqa ibarətlə desək, əgər kamil dinin gələcəkdə kamil icrası olmasa, əlbəttə, heç bir zamanda icra mərhələsinə yetişməyən bəzi qanunlar və hökmlər ləğv və mənasız olacaqdır. Bu səbəbdən, kamil dinin kamil bir icra mərhələsi də olmalıdır.

Bəli, bu məsələni də xatırlamalıyıq ki, Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) risaləti zamanında dinin dünya miqyasında və bütün bəşəriyyət üçün kamil icrasına şərait olmamışdır. Ona görə, Quran ayələrinə müvafiq olaraq gərək elə bir zaman çatsın ki, din dünya səthində icra edilsin və bu müqəddəs məsələ yalnız həzrət Hüccətin (Allahın onun gəlişində təcil etsin) zühuru ilə müyəssər olacaqdır. Bu mətləbə aydınləq gəldikdən sonra, hər bir zamanda və əsrdə dini yaşadan bir şəxsin olacağına təkid edən bəzi hədislərdən Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) məqsədini başa düşmək asanlaşır. Belə hədislərdən biri də əhli sünnənin nəqlinə müvafiq olan bu hədisdir ki, Peyğımbər (sallallahu əleyhi və alih) buyurur:

"إِنَّ ‌اللهَ يَبْعَثُ لِهَذِهِ الْأُمَّةِ فى رَأْسِ كُلِّ مِائَةِ سَنَةٍ مَنْ يُجَدِّدُ لَهَا دِينَهَا "

“Həqiqətən, Allah-taala hər bir əsrin əvvəlində ümmətin dinin yenilətmək məqsədilə onlara bir şəxsi göndərəcəkdir.”[1]

(ardını izləyin)



[1] Sunən Əbi Davud, cild-2, səh. 312; Əl-məqasidul həsənəh», Səxavi, səh. 149; Silsilətus-səhihə, Əlbani, səh. 599

Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları